Aİ Şurası Ukraynaya 4,2 milyard avroluq yardımın ayrılmasını təsdiqləyib

Aİ Şurası Ukraynaya 4,2 milyard avroluq yardımın ayrılmasını təsdiqləyib
  06 Avqust 2024    Oxunub:767
Qeyd olunub ki, "Ukraine Facility" proqramı çərçivəsində ayrılacaq yardım Ukraynanın makromaliyyə sabitliyinə dəstək və büdcə xərclərini qarşılamaq üçün istifadə olunacaq.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna KİV Aİ Şurasına istinadən məlumat yayıb.


Xatırladaq ki, avqustun 5-də Ukrayna Dünya Bankı vasitəsilə ABŞ-dən 3,9 milyard dollar geri qaytarılmayan qrant alıb. Bildirilib ki, bütünlükdə bu il Ukrayna ABŞ-dən 7,8 milyard dollarlıq birbaşa büdcə dəstəyi alacaq.Ukrayna Maliyyə Nazirliyinin məlumatına görə, vəsait müəllimlər, fövqəladə hallar xidmətlərinin işçiləri və dövlət işçilərinin əməkhaqlarının, eləcə də, prioritet sosial xərclərin ödənilməsinə yönəldiləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti