Yeni lider, yeni hədəf - HƏMAS-ın indiki rəhbəri İsrail üçün təhdiddir

   Yeni lider, yeni hədəf  - HƏMAS-ın indiki rəhbəri İsrail üçün təhdiddir
  07 Avqust 2024    Oxunub:820
HƏMAS-ın yeni siyasi lideri Yəhya Sinvar 2023-cü il oktyabrın 7-də İsrailə hücum təşkil etdiyinə görə hədəfə çevrilib.

“Bloomberg” nəşri bildirir ki, Sinvarın təyinatı Qəzza zolağında atəşkəs razılaşmasına nail olmağa çalışan İsrail, ABŞ və digər ölkələr üçün “itaətsizlik siqnalı”dır.

“Yəhya Sinvar üçün yalnız bir yer ayrılıb və həmin yer məhv edilın Məhəmməd əl-Deyf, Mərvan İsa və 7 oktyabr qətliamına görə məsuliyyət daşıyan HƏMAS terrorçularının yanındadır”, - İsrail ordusunun mətbuat katibi Aviçay Adrai “X” sosial şəbəkəsində yazıb.

İsrailin Xarici İşlər naziri İsrael Kats isə Yəhya Sinvarın “mümkün qədər tez aradan götürülməsinə” çağırıb.

Qəzzadakı Əl-Əzhər universitetinin politologiya üzrə professoru Mhaymar Abusadanın fikrincə, bu seçim İsrailə meydan oxumaqdır.

- Əgər siz bir qədər mötədil Haniyəni öldürmüsünüzsə, buyurun, bu da qrupun başında daha sərt və ekstremist lider”, - provessor vurğulayıb.

HƏMAS-ın yeni rəhbəri müəyyənləşib
Yəhya Sinvarın 2017-ci ildə İsrail həbsxanasından məhbus mübadiləsi müqaviləsi çərçivəsində azad olunduqdan 6 il sonra HƏMAS-ın Siyasi Bürosuna rəhbərlik etdiyi bildirilir. Jurnalistlər onun İsraillə daha geniş münaqişəyə hazırlaşmaq üçün təşkilatın hərbi potensialının gücləndirilməsinə xüsusi diqqət yetirdiyini yazırlar.

Sahil İsgəndərov


Teqlər:   Sinvar   İsrail   təhdid  





Xəbər lenti