Kurskun atəşə tutulması nəticəsində 24 nəfər yaralanıb

Kurskun atəşə tutulması nəticəsində 24 nəfər yaralanıb
  07 Avqust 2024    Oxunub:842
Ukrayna ordusunun Rusiyanın Kurs vilayətini atəşə tutması nəticəsində 5 nəfər ölüb, 24 nəfər yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat verib.

Bildirilib ki, yaralalanlardan 6-sı uşaqdır. Yaralılardan 13-ü dərhal xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərə lazımi yardım tam şəkildə göstərilir.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri avqustun 6-da səhər saatlarında Kursk vilayətinin ərazisinə girməyə cəhd edib. Rusiya Müdafiə Nazirliyi 300 nəfərədək şəxsi heyətlə Ukrayna qoşunlarının 11 tank və 20-dən çox zirehli texnikasının dəstəyi ilə Nikolaevo-Daryino və Oleşnya yaşayış məntəqələrinə hücum edib. Ukrayna Silahlı Qüvvələrinin 16 texnikası məhv edilib.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: Rusiya   Ukrayna   müharibə  





Xəbər lenti