Gerasimov xəbərdarlığa məhəl qoymayıb

   Gerasimov xəbərdarlığa məhəl qoymayıb
  08 Avqust 2024    Oxunub:752
Rusiyanın Kursk vilayətinə ukraynalı döyüşçülərin müdaxiləsindən iki həftə əvvəl Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimova Ukrayna Silahlı Qüvvələrinin bu istiqamətdə hücuma hazırlaşdıqları barədə məlumat verilib.
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə (FTX) yaxın teleqram-kanallarının yazdığına görə, Dövlət Sərhədinin qorunması qrupunun komandanı, Leninqrad Hərbi Dairəsinin komandanının müavini general-leytenant Əsədulla Abaçev Gerasimova sərhəddə sıçrayışın hazırlandığını bildirib.

Lakin Baş Qərargah rəisi buna cavab olaraq “panika yaratmamağı” və “düşmənin dezinformasiyalarına qapılmamağı” tövsiyyə edərək, Kursk sərhəd bölgəsindən canlı qüvvəni və texnikanı götürüb.

Rusiya MN: "Ukrayna ordusunun Kursk vilayətinə hücumu dayandırılıb"
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri avqustun 6-da səhər saat 5:30-da 1000 nəfərədək hərbçidən ibarət qrupla Kursk vilayətinin Sudjen rayonunun bir hissəsini ələ keçirmək üçün hücuma keçib. Onların hətta Kursk vilayətinin 25 km dərinliyinə qədər irəlilədiyi də bildirilir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Gerasimov   xəbərdarlıq  





Xəbər lenti