Ukrayna problemi alman və rus sahibkarının gözü ilə

   Ukrayna problemi alman və rus sahibkarının gözü ilə
  09 Avqust 2024    Oxunub:988
Ukrayna prezidenti Vladimir Zelenskinin vaxtı sona çatır.
Alamniyalı iş adamı Kim Dotkomun “X” sosial şəbəkəsindəki səhifəsinə istinad edən “Qazeta.ru” poralı belə yazıb. Sahibkar söhbətin nədən getdiyini dəqiqləşdirməsə də, bir müddət əvvəl Kim Dotkom amerikalı kuklaoynadanlara görə Zelenskinin öz öılkəsini dağıtdığını vurğulamışdı.

Rusiyanın Xarici Kəşfiyyat Sidməti (XKS) bir müddət əvəvl səlahiyyət müddətinin başa çatması ilə əlaqədar Zelenskinin öz mövqelərinin zəifliyini hiss etdiyini, ona görə də etibarsız insanlardan qurtulduğun və orduda, hökumətdə və Ukrayna Silahlı Qüvvələrinin rəhbərliyində təmizləmələr apardığını bildirmişdi.

Rusiya prezidenti Vladimir Putinin fikrincə, Qərb 2025-ci ilin birinci yarısında Zelenskini əvəz edəcək bir adam tapacaq. O, həmçinin qeyd edib ki, Ukrayna prezidentinin legitimliyi Rusiya üçün vacibdir, çünki taleyüklü sənədləri qanuni hakimiyyətlə imzalamaq lazımdır.

Amma rusiyalı sahibkar, milyarder Oleq Deripaska Volodimir Zelenskinin hakimiyyətdən getməsini gözləmədən Kremli təxirə salmadan Ukraynaya qarşı müharibəni dayandırmağa çağırıb. O, Yaponiyanın “Nikkei Asia” nəşrinə müsahibəsində Ukraynada atəşkəsin vacib olduğunu vurğulayıb. Nəşrin yazdığına görə, Ukraynadakı müharibəni ağılsızlıq adlandıran Deripaska Rusiyanın hərbi xərclərini tənqid edib.

“Əgər siz müharibəni dayandırmaq istəyirsinizsə, əvvəlcə atəşi saxalamaq lazımdır”, - rusiyalı milyarder dərhal və qeyd-şərtsiz atəşkəsin dayandırılmasına çağırıb.


Oleq Deripaskanı “Vladimir Putinə yaxın oliqarx” adlamndıran “Nikkei Asia” nəşrinin onun Rusiya prezidenti ilə indiki münasibətləri ilə bağlı sualına milyarder “heç bir dəyşiklik yoxdur” cavabını verib.

“Onlar (Kreml) mənə toxunmurlar, biz (iş adamları) isə siyasətə toxunmuruq”, - Yaponiya nəşri ruriyaslı oliqarxdan sitat gətirir.

Qeyd edək ki, Oleq Deripaska Ukraynadakı müharibə barədə bir neçə dəfə öz mövqeyini açıqlayıb. 2022-ci il aprelin əvvəllərində o, teleqram-kanalında “Mənə elə gəlir ki, bu çılğınlığa indi son qoymaq lazımdır” ifadəsini yazmışdı. Həmin il müəyyən mənbələrə istinad edən “Financial Times” qəzetinin iddiasına görə, Kreml iş adamından Ukraynadakı müharibənin tənqidini dayandırmağı xahiş etdikdən sonra Rusiya məhkəmələrinin onun 1 milyard dollarlıq aktivlərinə həbs qoyduğunu açıqlamışdı. Daha sonra isə Deripaska “Ukraynanı məhv etmək böyük səhv olardı” bəyanatını verib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Dotkom   Deripaska  





Xəbər lenti