Braziliyada sərnişin təyyarəsi qəzaya uğrayıb

Braziliyada sərnişin təyyarəsi qəzaya uğrayıb
  09 Avqust 2024    Oxunub:753
Braziliyanın cənub-şərqindəki San-Paulu ştatının Vinhedo bələdiyyəsində sərnişin təyyarəsi qəzaya uğrayıb.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "G1" portalı xəbər verib.

Məlumata əsasən, təyyarədə 58 sərnişin və 4 ekipaj üzvü olub.

Bildirilib ki, söhbət təxminən 68 sərnişin daşımaq üçün nəzərdə tutulan "ATR 72" model təyyarədən gedir. O, Kaskavel şəhərindən Quarulyus şəhərinə uçub.

Ölənlər və xəsarət alanlar barədə məlumat verilməyib.

AzVision.az



Teqlər:





Xəbər lenti