İranın vitse-prezidenti istefa verib

   İranın vitse-prezidenti istefa verib
  12 Avqust 2024    Oxunub:1134
İran Prezidenti Məsud Pezeşkiyan tərəfindən strateji məsələlər üzrə vitse-prezident vəzifəsinə təyinat alan keçmiş XİN rəhbəri Məhəmməd Cavad Zərif istefa verib.
Bildirilir ki, sözügedən vəzifədə cəmi 10 gün qalan Zərifin istefasına səbəb kimi Pezeşkiyanla aralarında yaranan fikir ayrılıqlarıdır.

Yerli mətbuata açıqlama verən məlumatlı mənbələr vurğulayırlar ki, o, istefasını hələ avqustun 3-də irəli sürüb və Tehran Universitetində müəllimlik işinə qayıdacağını söyləyib.

Yeri gəlmişkən, Məhəmməd Cavad Zərif 2013-2021-ci illərdə İranın xarici işlər naziri kimi çalışıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: İran   vitse-prezident   istefa  





Xəbər lenti