Rusiya Donanması nüvə zərbəsi təlimləri keçirib

   Rusiya Donanması nüvə zərbəsi təlimləri keçirib
  13 Avqust 2024    Oxunub:871
Təlimlər zamanı Rusiyanın Hərbi Dəniz Qüvvələri (HDQ) NATO ilə potensial münaqişə vəziyyətində Avropa ölkələrinə qarşı nüvə zərbələri tətbiq edib.
Böyük Britaniyanın “Financial Times” nəşrinin jurnalsitlərinin iddiasına görə, 2008-2014-cü illər arasında hazırlanan məxfi sənədlərlə tanış oldqudan sonra belə qənaətə gəliblər. Onlar Rusiya zabitləri üçün hazırlanan sənədlərdə həm adi, həm də nüvə başlıqları daşıya bilən raketlər üçün hədəflərin siyahısının olduğunu deyirlər.

“Rusiyanın Baltik Donanması Norveç və Almaniyadakı hədəflərə hücum etməli olacaq. Buraya Bergendəki hərbi-dəniz bazası, həmçinin radiolokasiya stansiyaları və xüsusi təyinatlıların obyektləri daxildir. Şimal Donanması Britaniyanın hərbi gəmilər və sualtı qayıqlar istehsal edən "Barrow-in-Furness" gəmiqayırma zavodu da daxil olmaqla müdafiə sənayesi obyektlərini vura bilər", - açıqlamada deyilir.


Sənədlərdə NATO ilə qarşıdurma zamanı əsas prioritetin düşmənin hərbi və iqtisadi potensialının zəiflədilməsi olduğu bildirilir. Həmçinin, “Qərb ölkələrini qorxutmaq” üçün “nümayişkaranə zərbə" variantı - ucqar ərazidə nüvə silahı partlatmaq xatırladılır. Belə bir zərbə “dəqiq idarə olunan qeyri-strateji nüvə silahlarının mövcudluğunu və istifadəyə hazırlığını” nümayiş etdirməlidir.

Eyni zamanda, münaqişənin ilkin mərhələsində nüvə silahından istifadənin üstünlüyü, donanmanın yüksək manevr qabiliyyətinin müxtəlif istiqamətlərdən qəfil və kütləvi zərbələr endirməyə imkan verdiyi vurğulanır. Bununla belə, dəqiqləşdirilir ki, nüvə silahı digər məhvetmə vasitələri ilə birlikdə istifadə olunmalıdır.

Nəşrin iddiasına görə, sözügedən ssenarilərə Çin, İran, Azərbaycan və Şimali Koreya kimi ölkələrlə müharibələr daxildir.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Rusiya   nüvə   təlimlər  





Xəbər lenti