Benet: "İranın "əl-qolu" ilə yox, özü ilə mübarizə aparmalıyıq"

      Benet:    "İranın "əl-qolu" ilə yox, özü ilə mübarizə aparmalıyıq"
  14 Avqust 2024    Oxunub:901
"İsrail üzləşdiyi regional təhlükənin kökünü vura bilmir. Tehranın özü ilə mübarizə aparmaqdansa, onun müxtəlif tərəfdaşları ilə vaxtını boş yerə xərcləyir".
Bu sözləri "The New York Times" qəzetinə müsahibəsində İsrailin sabiq Baş naziri Naftali Benet dilə gətirib.

O, İranı obrazlı şəkildə səkkizayaqlıya bənzədərək, onun himayəsindəki qruplaşmaları bu dəniz canlısının qolları kimi səciyyələndirib.
Qərb mediası: İranla İsrail müharibəyə gedəcəkmi?

"Səkkizayaqlının başı qollarından daha zəif, həssas və gücsüzdür. "Baş"la vuruşa biləcəyimiz halda niyə "qollar"la əlləşirik?! İran İsraili "raket və terror imperiyası" ilə əhatələyib. Varlığımızı qorumağın yeganə yolu İran rejimini nüvə silahına tam yiyələnməmişdən qabaq devirməkdir", - keçmiş hökumət başçısı vurğulayıb.

O, HƏMAS-la oktyabrdan bəri aparılan müharibədə ölkəsinin strategiyasını tənqid atəşinə tutub.

"Baş nazir Benyamin Netanyahunun "mütləq qələbə" vədi cari reallıqla təzad yaradır. Sözlər, mesajlar əməllərlə uyuşmur", - deyən Benet həmçinin diqqətə çatdırıb ki, "İsrail Ordusunda lazımi sayda əsgər yoxdur".

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   İran   Yaxın-Şərq   münaqişə  





Xəbər lenti