Ermənistanın Ukraynadakı səfirinin fəaliyyəti qeyri-qanunidir

   Ermənistanın Ukraynadakı səfirinin fəaliyyəti    qeyri-qanunidir
  14 Avqust 2024    Oxunub:887
Ermənistanın Kiyevdəki səfiri Vladimir Karapetyanın səlahiyyət müddəti iki ay əvvəl bitsə də, o, hələ də bu vəzifəni tutur.

Ermənistanın “Hraparak” qəzeti yazır ki, Vladimir Karapetyan 2021-ci il iynun 1-də Ermənistanın Ukraynada səfiri təyin edilib. Rəsmi sərəncamda onun səlahiyyətlərinin müddətinin 3 il olduğu təsdiqlənib.

Bu isə o deməkdir ki, onun səlahiyyətləri iki aydan çoxdur başa çatıb. Bununla belə, Ermənistan Xarici İşlər nazirliyi onun vəzifədən çıxarılması və ya səlahiyyət müddətinin uzadılması ilə bağlı yeni fərman dərc etməyib.

“Ermənistan prezidenti yeni fərman imzalamayıb. Belə çıxır ki, Ukraynadakı səfirimiz müvafiq hüquqi əsas olmadan qanunsuz işləyir. Biz Xarici İşlər nazirliyinin mətbuat katibi Anya Badalyandan Karapetyanın səlahiyyət müddətinin uzadılıb-uzadılmadığını soruşduq və o, “cavab olan kimi” xəbər verəcəyini vəd edib”, – qəzet bildirir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ermənistan   Ukrayna   səfir  





Xəbər lenti