Gənclər niyə evlənmək istəmir?

   Gənclər niyə evlənmək istəmir?
  19 Avqust 2024    Oxunub:1102
Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin altı ayında 10 mindən çox ailə boşanıb. Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə nikahların sayı azalıb, boşanmaların sayı isə dəyişməyib.
Bəs, vətəndaşlarımızın evlənmək istəməməsinin, boşanmaların sayının ildən-ilə artmasının səbəbi nədir?

Məsələ ilə bağlı AzVision.az -a danışan sosioloq Lalə Mehralı səbəbi boşanmanların təməlində yatan "böyük problemlər" də görür:

Boşanmışları daha çox infarkt vurur - ARAŞDIRMA
"Aidiyyatı qurumlar boşanmalarla bağlı nə edir? Görülən tədbirlərdən nə sizin, nə mənim, nə də ictimaiyyətin xəbəri var. Əlaqədar qurumlar etinasızlıq göstərirsə, bu, o deməkdir ki, ölkənin demoqrafik vəziyyəti, gələcəyi, əhalinin artımı, psixoloji və fiziki olaraq sağlamlıq vəziyyəti heç kimi narahat etmir. Bu cür davam edəcəksə, növbəti altı ayda daha dəhşətli rəqəmlər görəcəyik.

Oğlanlar evlənməyəcək, çünki boşanıb həyatı boyu aliment vermək onların gözünü qorxudur. Qızlar evlənməyəcək, çünki boşanmış damğası yemək istəməyəcək. Valideynlər də övladlarını evləndirməyəcək.

Bunun nəticələrinə qatlanmaq məcburiyyətində olacağıq. Cütlüklər bir-birinə güzəşt etməyi çoxdan unudub. İnsanlarda empatiya duyğusu məhv olub. Heç kim problemlərini ailə daxilində həll etmək istəmir. Ailəni ayaqda saxlayan qarşılıqlı hörmət, inam və güzəştdir".

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   boşanma   ailə   evlilik  





Xəbər lenti