31 il əvvəl itkin düşmüş Kəlbəcər sakini Bərdədə dəfn edilib

31 il əvvəl itkin düşmüş Kəlbəcər sakini Bərdədə dəfn edilib
  15 Avqust 2024    Oxunub:860
31 il əvvəl itkin düşmüş hesab edilən və şəxsiyyəti dəqiqləşdirilmiş mülki şəhid Zeynalova Təranə Davud qızının nəşinin qalıqları Bərdə rayonunda dəfn olunub.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, Bərdə şəhər qəbiristanlığında keçirilən vida mərasimində rayon sakinləri, Bərdə və Kəlbəcər Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər. Vida mərasimindən sonra Təranə Zeynalovanın nəşi torpağa tapşırılıb.

Qeyd edək ki, Zeynalova Təranə Davud qızı 1970-ci ildə Kəlbəcər rayonunun Çobangərəkməz kəndində anadan olub. 1993-cü il martın 31-də Kəlbəcər rayonunun Qamışlı kəndi ərazisində “Tunel” adlanan yerdə üç qardaşı ilə birlikdə itkin düşüb. Onun nəşinin qalıqları Laçın rayonunun Malıbəyli kəndi ərazisində aşkar edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti