Müharibə veteranı: “Sentyabrın 1-də Qarabağda növbəti tarixi prosesə şahidlik edəcəyik”
Onun fikrincə, parlament seçkiləri Azərbaycanın Qarabağ regionuna nə qədər önəm verməsini də ortaya qoyur: “Çünki öz el-obasına qayıdan yerli sakinlər üçün münbit şərait yaradılır. Dövlətimiz hər şeyi edir ki, onlar bu tarixi məqamdan yararlanıb rahat şəkildə deputatlarını seçsinlər. Biz tam suverenlik əldə etdikdən sonra Pezident seçkiləri keçirməklə tarix yazdıq. İndi isə növbəti tarixi prosesə şahidlik edəcəyik. Hətta bu seçkilərin COP29 kimi önəmli beynəlxalq tədbirin ərəfəsində keçirilməsi Azərbaycanın həm demokratik, həm də iqtisadi çəkisinə müsbət təsir edəcək. Əvvəlki illərdə olduğu kimi bu seçkilərin də demokratik prinsiplərə uyğun keçiriləcəyinə inanıram. Qarabağ torpaqlarına həyatın qayıtması, insanların seçki hüquqlarından öz torpaqlarında istifadə etməsi müharibə veteranı kimi məni çox sevindirir”.
AzVision.az
Teqlər: