FHN-in keçmiş əməkdaşının güllələnmiş meyiti tapıldı

   FHN-in keçmiş əməkdaşının güllələnmiş meyiti tapıldı
  20 Avqust 2024    Oxunub:1004
Qusar rayon sakini 1981-ci il təvəllüdlü R.Əhmədovun rayon ərazisində meyiti tapılıb.
Meyitin üzərinə baxış keçirilən zaman onun odlu silahdan açılan atəş nəticəsində öldüyü məlum olub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Cinayət törədən şəxsin və ya şəxslərin axtarışları davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən açıqlamada bildirilib ki, Ramiq Radik oğlu Əhmədov əvvəllər FHN-də çalışıb və öz arzusu əsasında vəzifəsindən azad olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti