Su kanalında batan uşağın cəsədi tapılıb

Su kanalında batan uşağın cəsədi tapılıb
  20 Avqust 2024    Oxunub:996
Beyləqan rayonu ərazisində su kanalına düşərək boğulan uşağın cəsədi tapılıb.
Hadisə avqustun 18-də axşam saatlarında Yeni Xanqızı kanalının Beyləqan rayonu Yeni Mil qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. 9 yaşlı Əhməd İbrahimov kanala düşərək boğulub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar. Aparılan axtarışlar zamanı bu gün səhər saat 08:00 radələrində Əhməd İbrahimovun cəsədi batdığı yerdən təxminən 9 km aralıda aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti