FHN statistika açıqladı: 55 nəfər ölüb

  FHN statistika açıqladı:    55 nəfər ölüb
  21 Avqust 2024    Oxunub:956
2024-cü ilin I yarımilliyi ərzində respublika ərazisində 7050 təbii və texnogen mənşəli hadisə baş verib.
AzVision.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib. Məlumata görə, bu, 2023-cü ilin I yarımilliyi ilə müqayisədə 26 hadisə və ya 1% çoxdur.

Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 55 nəfər həlak olmuş, 212 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 100 nəfər xilas edilib, 565 nəfər təxliyə olunub.

AzVision.az


Teqlər: FHN  





Xəbər lenti