Pirşağıda gənc oğlan dənizdə batıb

Pirşağıda gənc oğlan dənizdə batıb
  21 Avqust 2024    Oxunub:952
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində 1 nəfərin dənizdə batması barədə məlumat daxil olub və Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb ediliblər.
AzVision.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Hazırda batdığı ehtimal olunan 1997-ci il təvəllüdlü Qurbanov Kənan Vaqif oğlunun axtarışları dalğıclar tərəfindən davam etdirilir. Əlavə məlumat veriləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti