Eldar Mansurov: "Yüksək səviyyədə keçiriləcək seçkilər dövlətimiz üçün əhəmiyyətli olacaq"
Tanınmış bəstəkar qeyd edib ki, bu gün musiqi məbədimiz sayılan Şuşa, habelə Xankəndi, Xocalı və işğaldan azad edilmiş digər bölgələr parlament seçkilərinə hazırlaşır: “Keçmiş məcburi köçkünlərimiz ilk dəfə olaraq öz doğma yurd-yuvalarında onları parlamentdə təmsil edəcək namizədə səs verəcək, yeni dövrün yeni hədəflərinin gerçəkləşməsinə səsləri ilə dəstək olacaqlar. Qalib, bütövləşən Azərbaycanın vətəndaşı olduğumuz üçün fəxr edirik. Mədəniyyət xadimləri əmindir ki, yüksək səviyyədə keçiriləcək seçkilər dövlətimiz üçün əhəmiyyətli olacaq və qarşıdakı illərdə ölkəmizi daha möhtəşəm uğurlar gözləyir”.
AzVision.az
Teqlər: