Gömrükdən xeyli miqdarda mal gizlətmək istədi

Gömrükdən xeyli miqdarda mal gizlətmək istədi
  21 Avqust 2024    Oxunub:1394
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları müxtəlif növ malların gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən AzVision.az -a bildirilib ki, Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı “yaşıl kanal” vasitəsilə gömrük zonasını tərk edərkən əl və baqaj yüklərinə baxış keçirilməsi üçün inzibati binaya dəvət olunub.

Gömrük baxışı zamanı həmin şəxsə məxsus çemodan və bel çantasından gömrük orqanlarına bəyan edilməyən, 2 ədəd “İPhone 15 Pro 128 GB” markalı mobil telefon, 3 ədəd planşet, 1 ədəd notbuk, 4 ədəd qulaqcıq, 2 ədəd “Dyson” markalı fen, 350 ədəd müxtəlif növ telefon ekranı, 16 ədəd ətir aşkar edilib. Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti