Bakı və Daşkənd əməkdaşlığı genişləndirir

Bakı və Daşkənd əməkdaşlığı genişləndirir
  22 Avqust 2024    Oxunub:1456
Bu gün Daşkənddə keçirilmiş Özbəkistan-Azərbaycan biznes forumu əməkdaşlığımızın şaxələndirilməsi baxımından faydalı platformadır.
Bunu tədbirdə iştirak etmiş iqtisadiyyat naziri Mikayıl Cabarov "X" sosial şəbəkəsindəki hesabında bildirib. "Həmkarım, Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratovla iki ölkə arasında 2024-2025-ci illər üçün ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsinə dair Yol Xəritəsi çərçivəsində kənd təsərrüfatı, turizm, tikinti, əczaçılıq və avtomobil sənayesi kimi sektorlarda birgə fəaliyyətimizi müzakirə etdik.

Biznes forumda energetika, təhsil, logistika, tikinti sahələri üzrə işbirliyi, rəsmi Bakı və Daşkənd arasında əməkdaşlığın genişləndirilməsi, həmçinin Quba və Cizak, Beyləqan və Şəhrisəbz şəhərləri arasında qardaşlaşma əlaqələrinin qurulması ilə bağlı imzalanmış sənədlərin mübadiləsi oldu. Bu sənədlər ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi, çoxşaxəli tərəfdaşlığın möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşıyır", - deyə o qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti