Əməkdar artist: “Seçkilər xalqın səsi və iradəsidir”

   Əməkdar artist:    “Seçkilər xalqın səsi və iradəsidir”
  22 Avqust 2024    Oxunub:940
“Dövlətimiz tarixinin ən mürəkkəb və ən şərəfli dövrünü yaşayır. Uzun illər ünvanı Qarabağ olan, amma məcburi köçkün həyatı yaşayan minlərlə insan bu gün doğma yurd-yuvasına qayıdıb. Qanun, haqq ədalət yerini alıb”.
Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Əməkdar artist Fərqanə Qasımova deyib.

Onun sözlərinə görə, parlament seçkilərinin Azərbaycanın bütün ərazilərini əhatə etməsi o deməkdir ki, artıq doğru seçimlər etmək, işgüzar, məsuliyyətli insanların ətrafında cəmlənmək, Vətənin rifahı üçün əzmlə çalışmaq lazımdır:

“Biz sənət adamları da hər gün daha da çiçəklənən ölkəmizin uğurlarını tərənnüm etməliyik. Çünki müasir dünyada mədəniyyət də güclü təbliğat vasitəsi, ayrıca bir cəbhədir.

Bu mühüm hadisənin hər birimizin gələcəyi üçün önəmi böyükdür. Seçkilər xalqın səsi və iradəsidir. Mən hər bir vətəndaşımızı səsvermədə fəal olmağa çağırıram, çünki bizim verdiyimiz səs sabahımızı formalaşdırır”.
AzVision.az



Teqlər:





Xəbər lenti