Ödəniş kartlarının sayı artıb

Ödəniş kartlarının sayı artıb
  22 Avqust 2024    Oxunub:1403
Banklar və “Azərpoçt” MMC sistemləri üzrə iyul ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 249 min ədəd artaraq 18 milyon 340 min ədəd təşkil edib.
AzVision.az Mərkəzi Banka istinadla xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 19,5 faiz artıb. Ödəniş kartlarında artım debet kartları üzrə 20,8 faiz, kredit kartları üzrə 11,4 faiz olub.

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə artıb. 2024-cü ilin iyul ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 7,280 milyon manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 6,102 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,168 milyon manatı POS-terminallar, 9,4 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib.

İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 62,7 faizini təşkil edib.

AzVision.az



Teqlər:





Xəbər lenti