Parlamentədki 125 yer uğrunda 991 namizəd mübarizə aparacaq

   Parlamentədki 125 yer uğrunda 991 namizəd mübarizə aparacaq
  24 Avqust 2024    Oxunub:1112
"Komissiyanın qərarı ilə 6 516 567 seçki bülleteni çap olunub. Bülletenlərdə 991 namizədin adı qeyd edilib. Bu, o deməkdir ki, sentyabrın 1-də keçirilən seçki prosesində geniş seçim imkanı var".
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bu vaxta qədər namizədlərin bütün təşviqat zamanı bir-birinə qarşı addımları sakit atmosferdə davam edir.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri sentyabrın 1-də keçiriləcək.

AzVision.az


Teqlər: Seçki  





Xəbər lenti