Leyla Həsənova: “Digər peşə sahibləri kimi həkimlər də seçkilərdə fəal olacaqlar”

   Leyla Həsənova:    “Digər peşə sahibləri kimi həkimlər də seçkilərdə fəal olacaqlar”
  24 Avqust 2024    Oxunub:818
“Seçkilər cəmiyyətimizin bütün təbəqələrini, hər sahədə çalışan vətəndaşlarımızı əhatə edir. Bu mənada biz tibb işçiləri də parlament seçkilərində aktiv iştirak edəcəyik”.
Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Azərbaycan Radiologiya Cəmiyyətinin (ARC) üzvü, “Zəhra Xatun” Qadın İnkişaf Birliyinin rəhbəri Leyla Həsənova deyib.

O qeyd edib ki, işğaldan azad olunan ərazilərdə ilk dəfə parlament seçkilərinin təşkil olunması keçmiş məcburi köçkünlər üçün xüsusi əhəmiyyət daşıyır: “Həyat yoldaşım Qarabağ bölgəsindən olduğu üçün qarabağlıların bu mövzulara nə dərəcədə həssas yanaşdıqlarını yaxşı bilirəm. Ümumilikdə bu torpaqlar hər bir azərbaycanlı üçün müqəddəs sayılıb. Artıq həkimlərimiz də 4 ildir ki, azad olunmuş ərazilərdə xidmət göstərirlər. Yuxumuza belə girməzdi ki, nə vaxtsa Şuşada, Xankəndidə xidmət göstərəcəyik. Biz son illərdə xeyli tarixi hadisələrə şahid olmuşuq. Budəfəki seçkilər də yeni tarix olacaq. Ümid edirəm ki. gənc və xanım namizədlər kifayət qədər fəallıq göstərəcəklər. Digər peşə sahibləri kimi tibb işçiləri də seçkilərdə fəal olacaqlar”.
AzVision.az



Teqlər: Həkim  





Xəbər lenti