Alman-Azərbaycan Mədəniyyət Evinin sədri: “Seçkilərə beynəlxalq maraq artıb

   Alman-Azərbaycan Mədəniyyət Evinin sədri:    “Seçkilərə beynəlxalq maraq artıb
  24 Avqust 2024    Oxunub:886
“Dünya azərbaycanlıları Vətəndəki seçki prosesini yaxından izləyirlər. Ədalətli seçkinin keçirilməsi ilə bağlı görülən bütün işlər beynəlxalq standartlara uyğundur. Seçkidə həm yerli, həm də xarici müşahidəçilərin sayının çoxluq təşkil etməsi Azərbaycandakı seçkilərə marağın böyük olduğunu göstərir”.
Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Alman-Azərbaycan Mədəniyyət Evinin sədri Ağa Ağayev deyib.

Diaspor təşkilatının sədri qeyd edib ki, bu il fevralın 7-də keçirilən Prezident seçkilərində xaricdə yaşayan seçicilərin səsvermə hüququnun təmin edilməsi Azərbaycan demokratik seçki ənənəsinə malik olduğunu bir daha nümayiş etdirdi: “Parlament seçkilərində xaricdə yaşayan soydaşlarımız səsvermədə iştirak edə bilməsə də, bu seçkilərin də ədalətli və şəffaf şəkildə keçiriləcəyinə əminik. Təcrübə bunu isbat edib”.

Ağa Ağayev vurğulayıb ki, ərazi bütövlüyümüz və suverenliyimizin bərpasından sonra keçiriləcək ilk parlament seçkilərinin tarixi əhəmiyyəti var: “İnsanlar qanunverici orqanda təmsilçilərini ilk dəfə öz doğma yurdlarında seçəcəklər. Bu, azad olunmuş ərazilərə seçki hüququnun qaytarıldığının əyani nümunəsidir. Bütün bunları dünya azərbaycanlıları olaraq, sevinclə izləyirik. Sentyabrın 1-də baş tutacaq şəffaf seçkilərlə Vətənimiz Azərbaycanın yüksək demokratik ənənələrə sahib olduğu bir daha nümayiş etdiriləcək və dünya azərbaycanlıları yaşadıqları ölkələrdə bu haqda fəxrlə danışacaqlar”.
AzVision.az




Teqlər:





Xəbər lenti