Azad edilən ərazilərimizi çirkləndirənlərlə bağlı polis hərəkətə keçdi - Fotolar

   Azad edilən ərazilərimizi çirkləndirənlərlə bağlı polis hərəkətə keçdi -    Fotolar
  25 Avqust 2024    Oxunub:901
Polis işğaldan azad olunan bölgələrdə sanitariya-gigeyina qaydaları ilə bağlı tədbirlər keçirir.
DİN-in Mətbuat Xidmətindən AzVision.az -a bildirilib ki, həmin ərazilərdə yaşayan, işləyən və səfər edən şəxslərə təhlükəsizlik qaydaları ilə yanaşı, sanitariya-gigiyena tələbləri izah edilir, məlumatlar verilir. Qaydalara əməl etməyən şəxslərlə bağlı inzibati tənbeh tədbirləri görülür.

“Bir daha vətəndaşlarımızdan xahiş edirik, ərazilərin təmizlik, sanitariya-gigiyena qaydalarına ciddi əməl etsinlər. Zibili, tullantıları urnalardan kənara atmaq antisosial, xoşagəlməz əməldir, qanunla qadağandır, inzibati məsuliyyət yaradır”, - nazirlikdən bildirilib.







AzVision.az


Teqlər:





Xəbər lenti