Afiyəddin Cəlilovun nəvəsi psixiatriyada 12 gün saxlanılıbmış
AzVision.az xəbər verir ki, Oxu.az məsələ ilə bağlı Respublika Psixiatriya Xəstəxanasına sorğu ünvanlayıb.
Cavab olaraq bildirilib ki, qeyd edilən şəxs xəstəxanaya cari ilin fevralın 1-də yerləşdirilib: “12 günlük müalicədən sonra vəziyyəti yaxşılaşdığı üçün valideynlərinin ərizəsi ilə evə yazılıb”.
Qeyd edək ki, Azərbaycan Ali Sovetinin sədr müavini, daha sonra Prezidentin müşaviri olan mərhum Afiyəddin Cəlilovun nəvəsi 2009-cu il təvəllüdlü Əli-Afiyəddin məktəblidir. O, metroda, avtobusda, küçədə, liftdə qeyri-adekvat hərəkətlər edərək videolarını paylaşıb.
AzVision.az
Teqlər: