Dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşı saxlanılıb

 Dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşı saxlanılıb
  26 Avqust 2024    Oxunub:985
Dövlət Sərhəd Xidmətindən (DSX) verilən məlumata görə, hadisə avqustun 25-də saat 21:00 radələrində Astara rayonu ərazisindəki sərhəd zastavasının yaxınlığında baş verib.
AzVision.az xəbər verir ki, sərhədçilər dənizdə sahilə üzən naməlum kişini görüblər. Saxlanılan şəxsin Əfqanıstan vətəndaşı, 1998-ci il təvəllüdlü Mahmud Xil Bilal oğlu olduğu məlum olub.

Onun dövlət sərhədini pozaraq İran ərazisindən üzdüyü müəyyən edilib. Faktiki olaraq əməliyyat-istintaq tədbirləri davam etdirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti