ABŞ təşkilatı seçkiöncəsi sosioloji sorğu keçirib
“Oracle Advisory Group” təşkilatının hazırladığı proqram əsasında alınan cavablar təhlil olunub və əldə edilən nəticələr ictimaiyyətə çatdırılıb. Bildirilib ki, respondentlərin 71 faizi Azərbaycanın hazırkı vəziyyətini yüksək, 20 faizi qənaətbəxş qiymətləndirib, 9 faizi isə suala cavab verə bilməyib.
Azərbaycandakı söz azadlığı ilə bağlı suala respondentlərin 85 faizinin rəyi müsbət olub. Diqqətə çatdırılıb ki, sorğu iştirakçılarının 97 faizi Azərbaycanda insan hüquqlarının qorunduğunu deyib.
Qeyd edək ki, ABŞ-ın nüfuzlu “Oracle Advisory Group” təşkilatı 2013-cü, 2018-ci və 2024-cü illərdə prezident seçkilərində, 2015-ci və 2020-ci illərdə parlament seçkilərində, 2016-cı ildə isə referendumda sosioloji sorğular və exit-poll keçirərək, tam şəffaf və obyektiv məlumatlar təqdim edib.
AzVision.az
Teqlər: