Azərbaycan-Özbəkistan Ekspert Şurası yaradılıb
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri zamanı imzalanan sənədlərin, xüsusən də müttəfiqlik münasibətləri haqqında müqavilənin regional və qlobal baxımdan əhəmiyyətini vurğulayıb. BMTM-in İdarə Heyətinin sədri, həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində qarşılıqlı fəaliyyətin, ekspert dairələri arasında təmasların intensivləşdirilməsinin zəruriliyini qeyd edib.
Azərbaycanın Özbəkistandakı səfirliyinin müşaviri Mahir Cəfərov Prezident İlham Əliyevin dövlət səfərinin ikitərəfli münasibətlərdə tarixi və yeni mərhələ olduğunu, nəqliyyat-logistika, bərpaolunan enerji sahələrində əməkdaşlığın ikitərəfli əlaqələrin dinamikasına mühüm töhfə verəcəyini qeyd edib.
Daha sonra konfrans “Mərkəzi Asiya və Cənubi Qafqaz regionları arasında əməkdaşlığın inkişafında Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığı vacib faktor kimi”, “Azərbaycan və Özbəkistan ticari-iqtisadi qarşılıqlı fəaliyyətinin vəziyyəti və inkişaf perspektivləri” (sənaye əməkdaşlığı, “yaşıl” energetika, rəqəmsallaşma), “Yeni geosiyasi şəraitdə Azərbaycan-Özbəkistan nəqliyyat-logistika qarşılıqlı fəaliyyətinin inkişafı” mövzularında panel müzakirələrlə davam edib. Hər iki ölkənin beyin mərkəzləri və ekspert dairələrinin çıxışları dinlənilib. Konfransın nəticəsi olaraq Azərbaycan-Özbəkistan Ekspert Şurasının yaradılmasına dair qərar qəbul edilib.
AzVision.az
Teqlər: