Mədəniyyət naziri Naxçıvanda qəbul keçirəcək

Mədəniyyət naziri Naxçıvanda qəbul keçirəcək
  27 Avqust 2024    Oxunub:909
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, mədəniyyət naziri Adil Kərimli 2024-cü il sentyabrın 13-də saat 10:00-da Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz, Şərur vətəndaşlarını qəbul edəcək.
Nazirlikdən AzVision.az -a verilən məlumata görə, vtəndaşlar 2024-cü il sentyabrın 9-dək nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

AzVision.az


Teqlər: Mədəniyyət-Nazirliyi  





Xəbər lenti