Poliklinikalarda sistemin çökməsinin səbəbi açıqlandı

   Poliklinikalarda sistemin çökməsinin səbəbi açıqlandı
  28 Avqust 2024    Oxunub:825
Bu gün səhər saatlarından etibarən bəzi tibb müəssisələrində müraciət sayının çoxluğu ilə əlaqədar xəstəxana idarəetmə sisteminin işində texniki yüklənmələr yaranıb.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat verib. Qeyd olunub ki, ali məktəblərə, kolleclərə, liseylərə daxil olan abituriyentlər və işə qəbul olunanlar üçün sağlamlıq haqqında arayışların əldə olunmasına dair tibb müəssisələrinə müraciət sayında kəskin artım müşahidə olunur.

"Artıq mütəxəssislər tərəfindən optimizasiya işləri aparılıb, sistemin işi tam bərpa olunub", - deyə məlumatda bildirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti