Prokurorluq media subyektlərinə müraciət edib
"Həmin müraciət üzrə Goranboy rayon prokurorluğunda aparılmış araşdırma zamanı vətəndaşın bildirdiyi xüsusatlar öz təsdiqini tapmamış və hər hansı şəxsin əməlində cinayət tərkibinin olması müəyyən edilməyib.
Eyni zamanda, qeyd edilən nəqliyyat vasitəsinin üzərinə saxta dövlət qeydiyyat nişanının bağlanılaraq idarə edilməsinə dair Gəncə şəhər baş polis idarəsində araşdırma aparılmaqla hər hansı qanunsuzluq faktı aşkar edilməyib.
Vətəndaş müraciətləri ilə əlaqədar prokurorluq orqanlarında qəbul edilməklə aidiyyəti üzrə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilib".
Azərbaycan Respublikasının Baş Prokurorluğu media subyektlərinə müraciət edərək bir daha bildirir ki, dövlət qurumları ilə hər hansı dəqiqləşdirmə aparmadan yoxlanılmamış məlumatların yayılması yolverilməz olmaqla qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
AzVision.az
Teqlər: