Orxan Əliyev: “Ölkəmizdə azad, şəffaf seçkinin keçirilməsi üçün mükəmməl imkanlar var”

   Orxan Əliyev:    “Ölkəmizdə azad, şəffaf seçkinin keçirilməsi üçün mükəmməl imkanlar var”
  28 Avqust 2024    Oxunub:696
“Builki parlament seçkilərini xaricdə yaşayan azərbaycanlıların demək olar ki, hamısı diqqətlə izləyirlər. Çünki həm yeni namizədlər öz platformalarını elan ediblər, həm də ilk dəfədir ki, parlament seçkisi bütün ölkə boyu keçirilir”.
Bu sözləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə Qazaxıstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzləri İttifaqı sədrinin müavini Orxan Əliyev bildirib.

O qeyd edib ki, seçkilərə QHT sektorundan, müxtəlif partiyalardan çoxlu namizədlər qatılıb: “Müxtəlif sosial kateqoriyadan və sahələrdən insanlarımızınm deputat kimi gələcək parlamentdə yer alması dövlətimizin inkişafı üçün mühüm meyardır”.

Orxan Əliyevin sözlərinə görə, ölkə qanunlarımız azad rəqabət, şəffaf seçkinin keçirilməsi üçün mükəmməl imkanlar yaradır. Seçicilərin aktivliyi də burada mühüm faktordur.
AzVision.az





Teqlər:





Xəbər lenti