ASAN könüllüllərinin növbəti layihəsi Şamaxıda gerçəkləşib

ASAN könüllüllərinin növbəti layihəsi Şamaxıda gerçəkləşib
  29 Avqust 2024    Oxunub:975
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, "ASAN Könüllüləri" Təşkilatının, "Global Shapers Shamakhi Hub"ın, Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə Şamaxı regional "ASAN xidmət" mərkəzində "Erkən nikah sahəsində gənclərin maarifləndirilməsi" adlı üç günlük layihə keçirilib. Layihədə 40 nəfərdən çox gənc iştirak edib.
Layihə çərçivəsində erkən nikahın sosial, iqtisadi, psixoloji və hüquqi təsirləri müzakirə edilib, iştirakçılarla bu mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Mövzuya uyğun təşkil edilmiş təlimlərdə erkən nikahın fəsadları, sağlam ailə münasibətlərinin qurulması yolları, erkən nikahın hüquqi aspektləri, mübarizə mexanizmləri və sağlamlığa təsirləri geniş şəkildə təhlil edilib. Bu biliklərin praktikada tətbiqi üçün interaktiv fəaliyyətlər və praktiki məşğələlər keçirilib. Layihənin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti