Samir Pənəliyev: "İlk dəfə Laçında deputat seçəcəyimizdən qürurlanırıq"

   Samir Pənəliyev:    "İlk dəfə Laçında deputat seçəcəyimizdən qürurlanırıq"
  29 Avqust 2024    Oxunub:938
“Budəfəki seçkinin azad edilmiş ərazilərdən olan hər kəs üçün xüsusi önəmi var. Uzun illər ərzində düşmən tapdağı altında qalmış Laçında indi seçki ab-havası görünür. Xalq olaraq doğma Qarabağda yeni tarix yazırıq. Şəxsən mən belə bir xalqın təmsilçisi, övladı olduğum üçün çox xoşbəxtəm. Seçkilərə öz yurdundan qatılan laçınlılar tarixin ən şərəfli günlərini yaşayır”.
Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Laçından olan ictimai fəal Samir Pənəliyev deyib.

“Mən 1991-ci ildə Laçının Qovşuq kəndində dünyaya gəlmişəm. Təəssüf olsun ki, doğulduğum torpağı uzun illər görə bilmədim. Vandallar bütün Qarabağı dağıtdılar. İndi isə biz bu əzəli torpaqlarımıza sözün həqiq mənasında həyat bəxş edirik. Şuşada olarkən böyük qürur hissi keçirdim. İndi də oxşar hissləri keçirirəm. Çünki ilk dəfə Laçında, Şuşada, Xankəndidə Milli Məclisə seçkilər keçirəcəyik. İşğaldan sonra qarabağlılar Azərbaycanın dörd bir yanına səpələnərək qaçqın, köçkün həyatı yaşayırdı. Artıq doğma elimizə dönüb deputatımızı seçə bilirik. Bundan gözəl nə ola bilər axı?! Mən də keçmiş məcburi köçkün kimi öz seçki hüququmdan istifadə edəcəyəm. Əminəm ki, bütün gənclər fəal olacaqlar”.
AzVision.az



Teqlər:





Xəbər lenti