Fərid Cəfərli: “Azərbaycan dünyaya növbəti dəfə demokratiya nümunəsi göstərir”

   Fərid Cəfərli:    “Azərbaycan dünyaya növbəti dəfə demokratiya nümunəsi göstərir”
  29 Avqust 2024    Oxunub:704
“Ölkəmizin hər bir uğuru xaricdə yaşayan azərbaycanlıları, o cümlədən bizi çox sevindirir. Ərazi bütövlüyümüzün bərpa edilməsi bütün dünya azərbaycanlılarını qürurlandırır. Suverenliyimizin tam bərpasından sonra ölkəmizdə daha bir əlamətdar hadisə baş verdi. Bu, fevralın 7-də keçirilən Prezident seçkiləri idi. İlk dəfə idi ki, Azərbaycanın bütün guşələrində seçki keçirilirdi. İndi isə həmin ərazilərdə ilk dəfə parlament seçkiləri keçirilir və qələbələrimizi legitimləşdirir”.
Bu fikirləri "Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında Polşa Azərbaycanlıları Şurası və Varşava Azərbaycan Evinin sədri Fərid Cəfərli deyib.

Onun fikrincə Milli Məclisə keçirilən seçkilər də əlamətdar hadisə kimi tarixə düşəcək: “Budəfəki parlament seçkiləri ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərsini əhatə edəcək. Bu tarixi hadisə ölkəmizin, xalqımızın 4 il əvvəl əldə etdiyi möhtəşəm zəfərinin daha bir müsbət nəticəsidir. Müstəqil Azərbaycan artıq zəfər qazanan ölkə olaraq, özünün işğaldan azad olunan torpaqlarında da seçkilər təşkil edə bilir. Qarabağda da seçki dairə və məntəqələrinin fəaliyyətə başlaması həqiqətən də hər birimizi qürurlandırır. Bu o deməkdir ki, artıq işğaldan azad olunan torpaqlarımıza yenidən həyat qayıdıb. Bu ərazilərdə yaşamış yerli əhali indi seçki prosesinə öz evlərindən çıxaraq qoşulurlar. İndiki seçkilərin daha bir önəmi onun demokratik prinsiplərə uyğun formada keçirilməsidir. Azərbaycan bu seçkilərlə dünyaya növbəti dəfə demokratiya nümunəsi göstərir. Dövlətimiz torpaqlarımızı şərəflə qoruduğu kimi, demokratik dəyərlərə də hər zaman sayğı göstərir. Bu da biz diaspor nümayəndələrinə imkan yaradır ki, yaşadığımız yerlərdə, iştirak etdiyimiz tədbirlərdə ölkəmiz haqqında daha çox danışaq, onu ürəklə təbliğ edək. Seçkilərin uğurla başa çatmasını, dövlətimizə, xalqımıza uğur gətriməsini arzulayırıq”.
AzVision.az



Teqlər: Seçki  





Xəbər lenti