Şuşalı müəllim: “Xoşbəxtik ki, artıq doğma şəhərimizdə səs veririk”

   Şuşalı müəllim:    “Xoşbəxtik ki, artıq doğma şəhərimizdə səs veririk”
  31 Avqust 2024    Oxunub:977
“Şuşadan 1992-ci ilin fevralın 15-də çıxmışdım. Atam döyüşlərdə olduğuna görə, bizi Bərdəyə gətirmişdi. Suşaya qayıtmağım 32 ildən sonra baş tutdu. Bu şəhərdə yaşadığım hissləri dillə gətirmək çox çətindir. Həm qürurlanır, həm də kədərlənirdim. İndi isə daha bir gözəl hadisəni, prosesi izləyirik. Doğma Şuşamızda ilk dəfə səsvermədə iştirak edə biləcəyik”
Bu fikirləri “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Şuşadan olan ədəbiyyat müəllimi Zülfiyyə Hüseynova deyib.

O qeyd edib ki, Qarabağda seçkilərin keçirilməsi xalqımızın Zəfərinin davamı kimi qiymətləndirilə bilər: “Əslində bunun özü də müəyyən mənada böyük bir qələbə sayılır. Xankəndidə, Şuşada səs vermək o deməkdir ki, biz öz həmin yerlərdə ərazi bütövlüyümüzü nəinki bərpa etmişik, həm də Qarabağa demokratik proseslər gətiririk. 30 il qəlbimizdə Vətən nisgili ilə gəzmişik. Şuşaya qayıdanda orada qoyub gəldiyim uşaqlığımı axtarırdım. İndi yenidən bu torpaqlarda yaşamaq, səs vermək olduqca sevindirici haldır. Biz şuşalılar xoşbəxtik ki, artıq doğma şəhərimizdə səs verəcəyik”.
AzVision.az



Teqlər:





Xəbər lenti