Paytaxtın Nizami küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Paytaxtın Nizami küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır
  31 Avqust 2024    Oxunub:1091
Sentyabrın 1-i saat 06:00-dan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində (K.Səfərəliyeva küçəsindən Rəşid Behbudov küçəsinə qədər) aparılan təmir-bərpa işləri ilə əlaqədar hərəkət avtonəqliyyat vasitələri üçün tam məhdudlaşdırılacaq.
Avtomobil Yolları Dövlət Agentliyindən AzVision.az -a verilən məlumata görə, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

AzVision.az


Teqlər: AAYDA   yol   məhdiyyət  





Xəbər lenti