Baş nazir səs verib

   Baş nazir səs verib
  01 Sentyabr 2024    Oxunub:1096
Baş nazir Əli Əsədov növbədənkənar parlament seçkilərində səs verib.
AzVision.az xəbər verir ki, o, 7 saylı Səbail seçki dairəsinin 2 saylı seçki məntəqəsində səs verib. Qeyd edək ki, seçkilər ölkə üzrə 125 seçki dairəsinin ərazisində formalaşdırılmış 6 min 478 seçki məntəqəsində keçirilir.

Onlardan 54-ü işğaldan azad edilmiş ərazilərdə formalaşdırılıb. Seçki məntəqələri saat 8:00-da açılıb. Səsvermə 19:00-a qədər davam edəcək. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparır. Azərbaycanda seçicilərin ümumi sayı 6 milyon 421 min 960 nəfərdir.

AzVision.az



Teqlər:





Xəbər lenti