Payızda yeyə biləcəyiniz 3 meyvə-tərəvəz
Armud : Dietoloqların fikrincə, armud bütün meyvələr arasında ən yüksək fol turşusuna malikdir. Dəmir, kalsium, mis, yod, sink, fosfor, maqnezium, natrium və A, B1, B2, C və E vitaminləri ilə zəngin olan armudun faydaları saysız-hesabsızdır.
Liflə zəngin olan armud xolesterolu azaltmağa kömək edir. Armud tərkibindəki efir yağları sayəsində depressiya ilə mübarizədə güclü köməkçidir. Bu meyvə tərkibindəki pəhriz lifi sayəsində dərini daha hamar və yumşaq saxlayır.
Kök: Kök payızın sonu və erkən yaz aylarında yetişən tərəvəzdir. Sərin havaları sevən yerkökü tərkibindəki beta-karotenlə diqqət çəkir. Bədəndə A vitamininə çevrilən beta-karotin yerkökündə boldur.
Yerkökü vitamin və minerallarla zəngindir. Tərkibində biotin, kalium, A və B6 vitaminləri var. Yerkökü istehlakı bədənin böyümə və inkişaf dövründə xüsusilə vacibdir.
Brokoli: Brokoli payız mövsümünün ən faydalı qidaları arasındadır. Dörd fəsildə alına bilən tərəvəz olsa da, oktyabr ayı brokolinin həm dadı, həm də sağlam tərkibi baxımından ən məhsuldar olduğu aydır.
Antioksidantlarla zəngin olan brokoli hüceyrədəki zərərləri minimuma endirmək potensialına malikdir. Bu xüsusiyyətləri ilə immuniteti gücləndirən brokolinin müntəzəm istehlakı mütəxəssislər tərəfindən tövsiyə edilir.
Həmidə İbrahimova
AzVision.az
Teqlər: payız meyvə-tərəvəz sağlamqidalanma