Macarıstanla enerji əməkdaşlığı müzakirə edilib

Macarıstanla enerji əməkdaşlığı müzakirə edilib
  03 Sentyabr 2024    Oxunub:1200
Azərbaycan və Macarıstan arasında regional səviyyəli yaşıl enerji layihəsinin strateji tərəfdaşlıq əlaqələri, eləcə də Avropada enerji təhlükəsizliyini möhkəmləndirən və enerji əməkdaşlığını genişləndirən rolu müzakirə edilib.
Bu barədə Rumıniyada səfərdə olan energetika naziri Pərviz Şahbazov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşündə bildirilib.

Görüşdə yaşıl enerjinin inkişafı və ötürülməsi layihəsi üzrə nazirlərin 8-ci görüşünün nəticələrinə, Birgə Müəssisənin fəaliyyətinə, “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin həyata keçirilməsi istiqamətində digər zəruri məsələlərə dair fikir mübadiləsi aparılıb.

Görüşdə ikitərəfli enerji əlaqələrinin gündəliyindəki məsələlərə də toxunulub. Macarıstanın “MOL Group” və MVM şirkətləri ilə “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” layihələrində mövcud əməkdaşlığın cari vəziyyəti müzakirə edilib.

Söhbət zamanı COP29 tədbirinin Fəaliyyət Gündəliyinin enerji istiqamətindən də bəhs edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti