Mikayıl Cabbarov Belarusun XİN müavini ilə görüşüb - FOTO

Mikayıl Cabbarov Belarusun XİN müavini ilə görüşüb -    FOTO
  03 Sentyabr 2024    Oxunub:1330
İqtisadiyyat naziri Mikayıl Cabbarov Belarusun xarici işlər nazirinin müavini İqor Nazaruk ilə görüşüb.
AzVision.az xəbər verir ki, görüşdə yüksəksəviyyəli qarşılıqlı səfərlərin, keçirilən birgə tədbirlərin, imzalanan sənədlərin ölkələr arasında münasibətlərin inkişafına təkan verdiyi vurğulanıb. Bildirilib ki, əlaqələrin intensivləşməsi, eyni zamanda, iqtisadi əməkdaşlığımızın genişlənməsinə möhkəm zəmin yaradır. Belarusla iqtisadi-ticarət əlaqələri də güclənir. 2024-cü ilin yanvar-iyul aylarında ölkələr arasında ticarət dövriyyəsi 29%-ə yaxın artıb.

Görüş zamanı Azərbaycanın əlverişli işgüzar mühiti barədə məlumat verilib, müxtəlif iqtisadi istiqamətlər üzrə, həmçinin Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərind tərəfdaşlığın genişləndirilməsi üçün böyük imkanlar olduğu diqqətə çatdırılıb.

Tərəflər əlaqələrin möhkəmləndirilməsi məqsədilə imzalanmış sənədlərin icrası, ticarət, investisiya, aqrar-sənaye sahələrində əməkdaşlığın genişləndirilməsi və birgə istehsal müəssisələrinin yaradılması imkanlarını müzakirə ediblər.

AzVision.az


Teqlər: İqtisadiyyat-Nazirliyi  





Xəbər lenti