“TikTok”un monetizasiyası vergiyə cəlb ediləcək

    “TikTok”un monetizasiyası vergiyə cəlb ediləcək
  10 Sentyabr 2024    Oxunub:1122
Hazırda Azərbaycan “TikTok” platformasında məzmunun monetizasiyası prosesinin vergiyə cəlb edilməsi ilə bağlı danışıqlar aparır.
Bunu “Chain Reaction 2024” forumu çərçivəsində “Başlanğıcdan innovasiyaya. Kriptovalyuta bazarlarının yolu” adlı paneldə çıxışı zamanı “4SIM Azerbaijan” şirkətinin icraçı direktoru Fariz Cəfərov deyib.

“TikTok” ilə danışıqların son mərhələdə olduğunu qeyd edən Fariz Cəfərov bilirib ki, son illər Azərbaycan sahibkarları dəstəkləmək üçün lazımi alətlər və infrastruktur təmin etməklə milli biznesin rəqabət qabiliyyətinin artırılması və onun yeni səviyyəyə qaldırılması üzrə fəal şəkildə çalışır:

“Hökumət öz strateji məqsədlərini aydın şəkildə müəyyən edir ki, bura təkcə kiçik və orta sahibkarlıq (KOB) üçün təlim və dəstək deyil, həm də effektiv rəqəmsal ekosistemin yaradılması daxildir. Bu sistemdə məlumat mərkəzləri, saxlama sistemləri, kibertəhlükəsizlik, eləcə də müxtəlif təşkilatları birləşdirən ödəniş sistemləri mühüm rol oynayır”.

AzVision.az



Teqlər:





Xəbər lenti