OECD ölkələrində kommersiya neft ehtiyatları azalıb

OECD ölkələrində kommersiya neft ehtiyatları azalıb
  10 Sentyabr 2024    Oxunub:669
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neftin və neft məhsullarının kommersiya ehtiyatları bu ilin iyulunda iyun ayı ilə müqayisədə 11,7 mln. barel azalaraq 2 815 mln. barelədək enib.
AzVision.az "APA-Economics"-ə istinadən xəbər verir ki, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən verdiyi məlumata görə, qeyd olunan göstərici ötən ilin iyul ayı ilə müqayisədə 5,2 mln. barel, son beşillik ortalama göstəricidən 99,2 mln. barel, 2015-2019-cu illərin ortalama səviyyəsindən isə 153,8 mln. barel aşağıdır.

Qeyd edək ki, qlobal neft və neft məhsullarının kommersiya ehtiyatlarının orta beşillik (2015-2019-cu illər) səviyyəyə çatdırılması əvvəlcədən "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşmasının məqsədi kimi müəyyən edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti