Əməkdar artist Rafiq İbrahimov vəfat edib
1994-cü ildən Bakı Bələdiyyə Teatrında fəal çalışan Rafiq İbrahimov bir-birindən maraqlı obrazlar yaradıb.
Teatrın hazırladığı Nəriman Nərimanovun "Nadir şah" faciəsində Səlim xan, R.İçərişəhərlinin "Vətənə igidlər gərəkdir" pyesində Fikrət, S.Rəşidinin "Mənim Ərdəbilim" əsərində Həşim ağa, O.Altunbayın "Tomris"ində Bagudar, F.Məmmədovun "Anasının gül balası"nda Şahmar, A.Məmmədovun "Dəli Domrul"nda Dədə Qorqud, N.Nərimanovun "Nadir şah"nda Səlimağa, N.Rəfibəylinin "Məhsətisində"- Şah, Əmir Pəhləvanın "İnsan və İblis"ndə İblis, A.Babayevin "Oğul"nda Cani, C.Cabbarlının "Dönüş"ndə Zaman, C.Məmmədquluzadənin "Ölülər"ində Səlim ağa, N.Hikmətin "Damokl qılıncı"nda Arxitektor, İ.Kərimovun "Xəyanətin Müsibəti"ndə Ömər, A.Qurbaninin "Türk sancağı"nda Məşədi Heydər və b. tamaşalarda maraqlı rollara imza atıb.
R.İbrahimov eyni zamanda kinoda da bir aktyor kimi müxtəlif səpgili obrazlar yaradıb.
“Ağ atlı oğlan”da polis işçisi (1995, tammetrajlı bədii film), “Hökmdarın taleyi”ndə (2008, tammetrajlı bədii film), “Sonuncu dərviş”də raykom nümayəndəsi(2009, tammetrajlı bədii film), “Dələduzlar”da şikayətçi (2014, tammetrajlı bədii film) və s. filmlərdə aktyorun oynadığı roller tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
AzVision.az
Teqlər: