Birinci Azərbaycan-Rusiya Maliyyə Dialoqu keçirilib
Qeyd edilib ki, siyasi münasibətlərin yüksək səviyyədə inkişafı iqtisadi münasibətlərin də genişləndirilməsini şərtləndirir və təsadüfi deyil ki, bu gün Rusiya Azərbaycanın nəhəng ticarət tərəfdaşıdır.
Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin bütün sahələrdə ənənəvi olaraq qarşılıqlı etimada əsaslandığını və konstruktiv xarakter daşıdığını vurğulayan Anton Siluanov bildirib ki, ikitərəfli əməkdaşlığın inkişaf potensialı və ortaq maraqlar maliyyə sahəsində qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinə imkan verir.
Maliyyə naziri Samir Şərifov bildirib ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərin inkişafı məmnunluq doğurur və qarşılıqlı fəaliyyətin əhatə dairəsi ildən-ilə genişlənir. Nazir bütün istiqamətlər üzrə, o cümlədən qarşılıqlı maliyyə-iqtisadi fəaliyyətin, təcrübə mübadilələrinin, büdcə və vergi siyasəti, dövlət maliyyəsi idarəçiliyi sahəsində əməkdaşlığın genişlənməsini və gələcək inkişafını müəyyən edəcək Azərbaycan-Rusiya Maliyyə Dialoqunun institusionallaşmasının və sistemli şəkildə keçirilməsinin vacibliyini bildirib.
Tərəflər iki ölkənin maliyyə qurumları arasında büdcə siyasəti və audit fəaliyyəti ilə bağlı ayrı-ayrı məsələlər üzrə əməkdaşlığın həyata keçirildiyini qeyd edib, risklərin minimallaşdırılması istiqamətində təcrübələrini bölüşüblər.
Tərəflər, həmçinin Azərbaycan və Rusiyanın BMT və MDB kimi çoxtərəfli platformalarda, eləcə də beynəlxalq maliyyə institutları çərçivəsində birgə əməkdaşlığın vacibliyini təsdiq ediblər.
AzVision.az
Teqlər: