Suqovuşana və Talışa rəssamların ilk dəfə infoturu təşkil olunub

Suqovuşana və Talışa rəssamların ilk dəfə infoturu təşkil olunub
  19 Sentyabr 2024    Oxunub:846
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə rəssamlardan ibarət yaradıcı qrup üçün Ağdərə rayonunun Suqovuşan qəsəbəsinə və Taliş kəndinə ilk dəfə infotur təşkil edilib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə rayonda aparılan bərpa-quruculuq işləri, yerli əhalinin doğma yurda geri qayıdışı ilə bağlı həyata keçirilən tədbirlər haqqında infotur iştirakçılarına ətraflı məlumat verilib.

Suqovuşan qəsəbəsində rəssamlara bu yerlərin füsunkar təbiəti ilə yerində tanış olmaq, əsrarəngiz mənzərələri əyani şəkildə görmək imkanı yaradılıb. Onlar Talış kəndində geri qayıdan əhalinin yaşayış şəraiti ilə yaxından tanış olub, burada yaradılan yeni iş yerlərinə və digər infrastruktur obyektlərinə baş çəkib, sakinlərlə söhbətləşiblər.

İnfotur zamanı iştirakçılar ermənilərin törətdikləri vəhşiliklərin izlərini, dağıdılıb talan edilmiş yurd yerlərimizi müşahidə edib, foto-video çəkilişlər aparıblar. Xatırladaq ki, Böyük Qayıdışa dair I Dövlət Proqramının Tədbirlər Planının 3.1.2-ci bəndinin icrası çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi müxtəlif yaradıcı peşə sahiblərindən ibarət qrupların iştirakı ilə Qarabağa və Şərqi Zəngəzura infoturları təşkil edir.

AzVision.az





Teqlər:





Xəbər lenti