Aİ-nin Ermənistanla sövdələşməsi çətinləşib

   Aİ-nin Ermənistanla sövdələşməsi    çətinləşib
  04 Noyabr 2024    Oxunub:1126
Yeni güzəştli ticarət rejiminə dair Ermənistanın Avropa İttifaqı ilə apardığı danışıqlarda çətin irəliləyiş müşahidə olunur.
AzVision.az xəbər verir ki, Ermənistanın İqtisadiyyat naziri Gevork Papoyanın sözlərinə görə, “Ümumi Ticarət Preferences” (GSP+) güzəştli ticarət rejimi 2021-ci ilin sonuna kimi qüvvədə olub və bir sıra qeyri-əmtəə malları üçün rüsumların sıfırlanmasını nəzərdə tuturdu. 2022-ci ildən bu rejim fəaliyyətini dayandırıb, çünki Ermənistan adambaşına düşən ÜDM-ə görə orta gəlirli ölkə hesab olunmağa başlayıb.

“Ermənistan yeni rejim – “Muxtar Ticarət Tədbirləri (MTT)” haqqında danışıqlar aparır, lakin avropalı tərəfdaşlar onun tam fəaliyyət göstərə bilməyəcəyi barədə xəbərdarlıq edirlər. Ona görə də onun qismən tətbiqi ilə bağlı danışıqlar aparılır”, - Papoyan əlavə edib.

Beləliklə də, Ermənistanın Avropadan güzəştlər qoparmaq siyasətinin də tədricən iflasa uğradığı nəzərə çarpır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ermənistan   sövdələşmə  





Xəbər lenti