Rusiya kəşfiyyatı: “ABŞ Zelenskini dəyişməyə hazırlaşır”

   Rusiya kəşfiyyatı:    “ABŞ Zelenskini dəyişməyə hazırlaşır”
  11 Noyabr 2024    Oxunub:538
ABŞ Dövlət departamentinin rəhbərliyi Ukrayna prezidenti Volodimir Zelenskini vəzifədən uzaqlaşdırmaq üçün Ukraynada seçkilərin keçirilməsi üzərində işləyir.
AzVision.az xəbər verir ki, Rusiyanın Xarici Kəşfiyyat (XKX) Xidmətinin mətbuat bürosunun “TASS” agentliyinə ötürdüyü məlumatda belə deyilir.

“XKX-yə daxil olan məlumata görə, ABŞ Dövlət departamentinin rəhbərliyi lazım gələrsə, Ukraynanın hazırkı rəhbərliyinin dəyişdirilməsi variantlarını araşdırmaqda davam edir. “Həddən artıq təkəbbürlü” Volodimir Zelenskini uzaqlaşdırmağın “qanuni” yollarından biri kimi Vaşinqton Rusiya ilə davam edən düşmənçilik kontekstində gələn il prezident və parlament seçkilərinə getməyi nəzərdən keçirir”, - Rusiya kəşfiyyatı iddia edir.

Rusiya XKX-si bildirir ki, Ukraynada keçiriləcək seçkilərə namizədlərin irəli sürülməsi barədə ABŞ-nin hazırlayacağı siyahı Dövlət departamenti ilə razılaşdırılaraq həyata keçiriləcək.

- Birinci mərhələdə müvafiq təşəbbüslə çıxış etmək üçün Amerikanın “demokratikləşmə” fondları və “beyin mərkəzləri” vasitəsilə onların nəzarətində olan Ukrayna vətəndaş cəmiyyəti strukturlarının stimullaşdırılması planlaşdırılır. Bu prosedur “geniş ictimai dəstək” alacaq. Namizədlərin irəli sürülməsi Dövlət departamenti ilə məsləhətləşmələr əsasında həyata keçiriləcək. Amerika QHT-ləri seçkiləri izləmək üçün yerli ictimai təşkilatları seçəcəklər”, - Rusiya XKX-nin bəyanatında deyilir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: XKX   ABŞ   Zelenski  





Xəbər lenti